Sürücülük vəsiqəsinin alınması qaydaları dəyizdiriləcək; Prezident yeni sərəncam verdi

img

27-12-2012 [10:36]


Prezident İlham Əliyev ?Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında? sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan verib, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət alıb. ?Yol hərəkətini tənzimləyən qanunvericiliyin müddəalarının pozulmasına görə məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülüb, yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsi gücləndirilib. Görülən tədbirlər ölkə ərazisində yol hərəkətinin fasiləsiz və təhlükəsiz təmin edilməsində mühüm əhəmiyyət kəsb edib. Buna baxmayaraq son zamanlar sürücülərin təhlükəsizlik tələblərini pozmaqla, o cümlədən sərxoş halda, sürət həddini aşmaqla nəqliyyat vasitələrini idarə etməsi ilə əlaqədar ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayı artıb?. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması məqsədi ilə dövlət başçısı qərara alır ki, Prezident Administrasiyası iki ay müddətində: - nəqliyyat vasitəsini idarə etmə hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə bağlı təkliflərini prezidəntə təqdim etsin; - yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərini prezidentə təqdim etsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində ?Yol hərəkəti haqqında? Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını prezidenlə razılaşdıraraq təsdiq etmək tapşırılıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi məsələsində şəffaflığın təmin edilməsi məqsədi ilə ciddi tədbirlər görməlidiro. Bundan başqa, DİN-ə bir ay müddətində nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini prezidentə təqdim etmək, yol-nəqliyyat hadisəsi yerlərinə baxışın nəticələrinin rəsmiləşdirilməsinin qanunun tələblərinə ciddi əməl edilməklə həyata keçirilməsini təmin etmək, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsini təmin etmək, yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsini təmin etmək tapşırılıb. Ədliyyə və Səhiyyə nazirlikləri müvafiq olaraq məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizaları və məhkəmə-tibb ekspertizalarının qanunun tələblərinə əməl edilməklə vaxtında və obyektiv aparılmasına nəzarəti gücləndirməli, bu sahədə mövcud olan nöqsanları aradan qaldırsın və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbeh tədbirləri görməlidir. Baş Prokurorluğa yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına nəzarətin gücləndirilməsini və aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin etmək tövsiyyə edilib. Dövlət başçısı açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin vaxtında, tam və hərtərəfli həyata keçirilməsinə nəzarəti gücləndirməy də tapşırıb. Ali Məhkəməyə tövsiyə edilib ki, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsini ümumiləşdirsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsini formalaşdırsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA