Abbas Abbasov Bakıya gəldi; Prezident qapalı görüzdə keçmiz nazir müavininə nələr deyib?

img

26-12-2012 [09:09]


Azərbaycan prezidenti İlham Əliyev dekabrın 25-də baş nazirin keçmiş I müavini, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının rəhbəri Abbas Abbasovu qəbul edib. Görüşdə prezident Rusiyadakı azərbaycanlıları özündə birləşdirən təşkilatların gələcək fəaliyyətinə öz münasibətini bildirib. Görüşlə bağlı ANS-ə eksklüziv müsahibə verən Abbas Abbasov gələcək fəaliyyətlərinin bundan sonra necə qurulacağı barədə danışıb: ?Cənab prezidentlə görüşdükdə bütün yeni yaranan təşkilatlar, Ümumrusiya Azərbaycanlıları Konqresi, Federal Milli-Mədəni Muxtariyyətimiz haqqında, demək olar ki, bütün bu məsələlər, qurumlar ətrafında dərin söhbətimiz oldu. Cənab prezident bu təşkilatların fəaliyyətini istiqamətləndirdi, öz tövsiyyələrini verdi və mənə bu məsələlərlə bağlı sıx əlaqə yaratmaqla yaxından məşğul olmağı həvalə etdi. Bütün bu boşluqları aradan götürməyi tapşırdı. Bu təşkilatların fəaliyyəti də Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA