Turzudan kütləvi zəhərlənmə olub

img

25-12-2012 [01:52]


Azərbaycanda dəm qazından və eləcə də qida məhsullarından kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 24-də Qazax rayon sakinləri Aynur Əliyeva, 3 azyaşlı uşaqları və qonağı Fərqanə Eyyubova qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar. Dünən həmçinin Sumqayıt şəhər sakinləri Mehriban Qədirzadə, Rafiq Məmmədov və gəlini Aygün Məmmədova, Şəfiqə Abadova və Tahir Yəhyayev mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA