Elzad Abdullayev daha bir zok video yaydı; Arzu Kazımovun oğlunun da dələduzluğu azkarlanır

img

25-12-2012 [11:00]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev redaksiyamıza yeni video göndərib. Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir. Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. O bildirib ki, onu hazırda həbsdə olan Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər. Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub. Rövşanə isə ?Azadlıq?a açıqlamasında Elşad Abdullayevin iddialarını təkzib edərək Mahir Abdullayevin işilə bağlı hər hansı fəaliyyəti olmadığını bildirmişdi. Bu video isə Rövşanənin söylədiklərinin əksini göstərir("Azadlıq" qəzeti). Vidieoya buradan http://azadliq.info/siyast/25354-elad-abdullayevdn-yeni-video.html baxmaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA