Qarabağ qazisi baz həkimi məhkəməyə verəcək; Leyla Seyidbəyova qazini otağından qovub

img

25-12-2012 [10:55]


Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyova ?Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək? İctimai Birliyinin sədri, Qarabağ qazisi Həsən Həsənov qarşı təhqiramiz hərəkət edib. Bu barədə mia.az-ya məlumat verən Qarabağ qazisi deyib ki, o, bu günlərdə Leyla Seyidbəyovanın qəbuluna olub və baş həkimona qarşı nalayiq hərəkət edib: ?Mən Leyla Seyidbəyovanın kabinetinə daxil oldum, əlimdəki əsadan da qazi olduğum bilinsə də, o, gözünün ucu ilə baxmadı. Elə ağzımı açmışdım ki, mən Qarabağ əliliyəm, o dəqiqə məndən işinin çox olduğunu çölə çıxmağımı tələb etdi. Etiraz edən kimi, ?mən səninlə söhbət eləmək belə istəmirəm, səninlə mənim səviyyəm bir deyil? dedi. Ardıycan da ?bu saat polis çağırım, səni çölə atsınlar? söylədi. Doğrusu, bu hadisə mənə çox pis təsir elədi. Əgər bunlar bir qazi, ictimai birlik rəhbəri kimi mənimlə belə davranıb, kabinetdən qovurlarsa, görün, sıravi vətəndaşları nə günə salırlar. Səhiyyə nazirliyi və digər rəhbər şəxslər televiziya ekranlarından elan edirlər ki, Qarabağ əlillərinə hər zaman hörmət olunur. Əgər bunların hörməti budursa, mənim deyəcək sözüm yoxdur?. H.Həsənov onu da bildirib ki, o, xəstəxana direktorunun bu hərəkətlərini özünə təhqir hesab edir və bu məsələylə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA