Füzuli Ələkbərov kadr dəyiziklikləri etdi

img

24-12-2012 [05:44]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib. Nazirlikdən verilən məlumata görə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Camalxanov Nazirliyin Aparat rəhbərinin müavini, İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov isə həmin şöbənin müdiri vəzifələrinə təyin olunublar. Məlumat üçün bildirək ki, Elnur Camalxanov əvvəllərdə televiziya jurnalistikası və bir sıra layihələrdə çalışıb. 2012-ci ilin martından dövlət qulluğunda fəaliyyətini davam etdirməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, daha sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edib. İlham Məmmədov uzun müddət ?AZADİNFORM? İnformasiya Agentliyində sosial və iqtisadi sahələr üzrə müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr islahatlarımüvafiq qanunvericiliyin, o cümlədən ?Dövlət qulluğu haqqında? Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, gənc və layiqli mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, idarəetmə sistemində onların bilik və bacarıqlarından daha dolğun şəkildə istifadə edilməsi məqsədinə xidmət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA