icra bazçısı sabiq deputatın qardazına kələk gəlib

img

24-12-2012 [05:03]


Salyanda kadr təyinatının təfərrüatları ilə bağlı maraqlı məlumat almışıq. Məlumatda deyilir ki, Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Əlipaşa Abdullayev yeni vəzifəyə getmək üçün icra başçısı Tahir Kərimovla danışıq aparıb. Başçı onun Mədəniyyət və Turizm Nazirliyinin yerli idarəsinə müdir təyinatına razılıq verib: ?Əlipaşa Abdullayevin Salyanın Mədəniyyət və Turizim İdarəsinə müdir təyin olunması Rayon İcra Hakimiyyəti və nazirliklə razılaşdırılır. Abdullayevin sənədləri nazirliyə, eyni zamanda Prezident Administrasiyasına təsdiq olunmaq üçün göndərilir. Elə Abdullayevin müsibəti də bundan sonra başlayıb. Qəflətən Tahir Kərimovun köməkçisi onu yanına çağırıb və maliyyə ödənişində dəyişiklik edildiyini bildirib. Bu söhbətdən sonra Abdullayev həmin vəzifədə işləməkdən vaz keçib. Bu isə Tahir Kərimovun qəzəbinə səbəb olub. Dərhal Abdullayevin müdiri olduğu Təsərrüfat Şöbəsi yoxlanıb və adları işdə olub, faktiki isə işə gəlməyənlərin siyahısı tutulub. Rayona belə xəbər yayılıb ki, guya Əlipaşa Abdullayev həmin adamların hər ay pulunu alıb özü xərcləyirmiş?. Qaynağımız bildirib ki, Ə.Abdullayevin həbs olunmaması üçün icra başçısı göstəriş verib: ?Tahir Kərimova böyük xahiş-minnətdən sonra Əlipaşa Abdullayev həbs edilmədi, amma işdən çıxarıldı. Maraqlısı odur ki, necə ola bilər Mədəniyyət və Turizm İdarəsinə müdir təyin olunması üçün şəxsi işi nazirliyə, Prezident Administrasiyasına yollanan adam qəflətən dövlət əmlakını mənimsəyən cinayətkar olur?? Qaynağımız bildirib ki, bu olaydan sonra Salyanda Mədəniyyət və Turizm İdarəsinin müdiri vəzifəsinə keçmək istəyənlərə güzəştlər də nəzərə tutulub. Qeyd edək ki, Ə.Abdullayev Salyanın Əliağa Hüseynovdan əvvəlki deputatı Əkrəm Abdullayevin qardaşıdır. Redaksiyamıza daxil olan məlumata münasibət öyrənmək üçün Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Kərəm Muradovla əlaqə saxladıq. Sektor müdiri bunları dedi: ?Əlipaşa Abdullayevin heç bir sənədi hazırlanmayıb, Prezident Adminstrasiyası, Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmayıb. Bunlar yalan söhbətlərdir. O adam işdə buraxdığı nöqsanlara görə işdən azad olunub. O, ixtisasca iqtisadçıdır, onun mədəniyyətə heç bir aidiyyəti də yoxdur. Pul söhbəti də böhtandır. Bir adamın işi düzəlməyəndə böhtan atmağa başlayır?(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA