Deputat Elzad Abdullayevi təhqir elədi

img

24-12-2012 [04:19]


"Elşad Abdullayev gündəmdə qalmaq üçün primitiv ?qara piar? kampaniyasından istifadə edir. O, çox qorxaq və mənəviyyatsız adamdır. Belə olmasaydı indiyə qədər yaydığı sənədləri və videogörüntüləri dolayısı ilə deyil, birbaşa istintaq orqanlarına təqdim edərdi?. Qafqazinfo.az saytı xəbər verir ki, bunu millət vəkili Rəfael Cəbrayılov deyib. Onun sözlərinə görə, Elşad Abdullayevin hərəkətlərində cinayət tərkibi var və ən azından ona görə ki, vaxtilə Universitetin rektoru olduğu zaman yüzlərlə gənci TQDK-ın test imtahlarından kənar və vəzifəsindən sui-istifadə edərək qəbul edib: ?Həmin gənclər təhsillərini başa vursalar belə diplom ala bilməmişlər. Təbii ki, Elşad Abdullayev həmin gəncləri xeyriyyəçilik məqsədi ilə deyil, rüşvət müqabilində qəbul etmişdi. Bu hamıya bəlli olan bir həqiqətdir. ?Ədalət çarçısı? olan Elşad Abdullayev bu məlumatları onun barəsində cinayət işi başlanandan sonra deyil, əvvəldən öz təşəbbüsü ilə qaldıra bilərdi. Belə etsəydi indi özündən guya Azərbaycandakı ?qanunsuzluqlara qarşı mübarizə aparan Don-Kixot obrazı? yaratmağa ehtiyac qalmazdı. Bu şəxsin nəzarətində olan klinikalarda isə insan daxili orqanlarının transplantasiyası həyata keçirilmişdir. Gedib xarici ölkədə gizlənərək ?qara məni basınca mən qaranı basım? prinsipini rəhbər tutan Elşad Abdullayev utanmadan öz qarayaxma əməllərinin yeni formalarını ?icad? edir. Ölkədən qaçıb gizlənən Elşad Abdullayev ayrı-aryı insanlara habelə Azərbaycan dövlətçiliyinə çox böyük xidmətləri olmuş insanlara qarşı qarayaxma əməllərini davam etdirir. Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Hesab edirəm ki, Elşad Abdullayev 2013-cü il prezident seçkiləri öncəsi anti-azərbaycan qüvvələrin tapşırığı ilə bu çirkin kampaniyanı aparır. Onun hətta erməni lobbisi ilə əməkdaşlığı təsdiq olunarsa mən heç də təəcüblənmərəm. O ki qaldı sabiq deputat Gülər Əhmədovannın mənim barəmdə söylədiklərinə qısaca deyə bilərəm ki, Gülər Əhmədova ilə ilk dəfə parlamentin iclas salonunda tanış olmuşam, o vaxta qədər bu xanımla heç bir şəxsi tanışlığım olmayıb. Mən bu cür cəfəng fikirlər söyləyən insanlara bildirmək iətəyirəm ki, Binəqədi seçicilərinin heysiyyatı ilə oynamasınlar. Binəqədi seçiciləri Elşad Abdullayevdən fərqli olaraq Azərbaycan tarixinin ən çətin dönəmlərində dövlətçiliyə sədaqətlərini qorxmadan nümayiş etdiriblər və sərbəst şəkildə öz iradələrini ifadə edib məni deputat seçiblər. Əgər Binəqədi camaatı Elşad Abdullayev kimi birisinə səs verməyiblərsə, bunun gunahı seçicilərdə deyil Elşad Abdullayevin mənəviyyatı və əqidəsindən qaynaqlanan əməlləridir?. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda R. Cəbrayılovun rüşvət müqabilində deputat seçildiyi iddiası yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA