Gülər Əhmədova ittihamları rədd etdi; Nadir Orucovun üzünü görməmizəm

img

24-12-2012 [04:12]


Elşad Abdullayevlə seçki müzakirələrinin əsk etdirən video görüntülərinə görə, deputat mandatından məhrum olan Gülər Əhmədovanın təsisçisi olduğu "Mərkəz" qəzeti də fəaliyyətini dayandırdı. Moderator.az saytı Gülər Əhmədova ilə əlaqə saxlayaraq ?Mərkəz?in sonrakı taleyinə aydınlıq gətirməsini xahiş edib. Saytımıza eksklüziv açıqlamasında Əhmədaova bildirib ki, son zamanlar barəsində yayılan məlumatlara və ona qarşı aparılan kampaniyalara görə müvəqəti olaraq qəzetin nəşrini dayandırmaq qərarına gəlib: ?Bu heç də onun birdəfəlik bağlanması anlamına gəlməsin?. G.Əhmədova hazırda həbsdə olan iş adamı Nadir Orucovu aldatması barədə son iddialara da cavab verib: ?O adamı heç vaxt tanımamışam. Belə bir adamın nə zamansa həyatda da üzünü görməmişəm. Bu xəbərləri ortaya atanlar mənə qarşı çirkin kampaniya aparanlardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA