Azərbaycan Ordusunun əsgəri yoldazını güllələyib

img

22-12-2012 [12:57]


Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. Göyçay rayonundan hərbi xidmətə çağırılan, 19 yaşlı Orxan İlqar oğlu İsmayılov silahı boşaldan zaman ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı, 19 yaşlı Fərid Sadıqova dəyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, yaralı əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, F. Sadıqov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA