Səbaildə qanvermə aksiyası keçirilib

img

21-12-2012 [08:29]


Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə ənənəvi olaraq Talasimiya, Hemofiliya və digər irsi qan xəstəlikləri əziyyət çəkən uşaqlara yardım məqsədi ilə universitetin tələbələri və müəllimlərin iştirakı ilə ənənəvi qanvermə aksiyası keçirilib. Universitetin tibb məntəqəsində Bahadır Bayramov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının mütəxəssislərinin və səyyar qan köçürmə laboratoriyasının iştirakı ilə aksiyaya başlanılmış, həkim briqadaları üçün burada hər cür şərait yaradılmış və keçən aksiyaya nisbətən daha çox tələbə burada iştirak etmişlir. İlk növbədə aksiyada iştirak etməyə gələr tələbə və müəllimlər həkim müayinəsindən keçmiş, təzyiqləri ölçülmüş, qan qrupları müəəyən olunmuşdur. Qanvermə aksiyasında Universitetin Beynəlxalq İqtisadi Münasibətlər, Maliyyə, Xüsusi İstedadlar qrupunda təhsil alan tələbələr daha çox fəallıq göstərmişlər. Aksiyanın keçirildiyi 2 gün ərzində 400 nəfərə qədər tələbə və müəllim qanvermədə iştirak etmiş, toplanan qan Mərkəzi Qan Bankına təhvil verilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA