Sabah hava yağızlı və qarlı hava olacaq

img

21-12-2012 [02:15]


Bakıda və Abşeron yarımadasında dekabrın 22-də arabir yağış yağacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla əvəz olunacağı gözlənilir. MİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən veriyi məlumata görə, havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında dekabrın 22-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dekabrın 22-də qeyri-sabit, arabir yağıntılı və küləkli hava şəraiti davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA