Prezident xanımı ilə birgə Qusarda açılızlar edib

img

20-12-2012 [06:28]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Qusar rayonuna səfərə gedib. Dövlət başçısı rayonda ?Urva-1? kiçik su elektrik stansiyasının açılışında iştirak edib. Prezident İlham Əliyev stansiyanı işə salıb. Sonra dövlət başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Ölkə rəhbəri yolun rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Qusarda ?Zirvə? və ?Qaya? otellərinin açılışına qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərin açılışında iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərdə yaradılmış şəraitlə tanış olublar. Səfər çərçivəsində Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA