Nazirlər Kabinetində bez saziz imzalandı

img

20-12-2012 [04:00]


Bu gün Nazirlər Kabinetində Azərbaycan Respublikası Hökuməti ilə Almaiyanın KfW Bankı (Almaniya İnkişaf Bankı) arasında 5 saziş imzalanıb. ?Azərsu? ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sazişləri Almaniyanın KfW Bankının Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov imzalayıb. Sazişlərə əsasən Almaniyanın KfW Bankı Azərbaycan Hökumətinə 105,5 mln avro vəsait ayıracaq. Bunun 102,5 milyonu kredit, 3 milyonu isə qrantdır. İmzalanmış sazişlərə əsasən vəsaitin 102 milyonu su təchizatı və kanalizasiya layihələrinin icrası məqsədilə ?Azərsu? ASC-yə, 3,5 milyonu isə kadastr layihələrinin icrası üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılacaq. İmzalanma mərasimində çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycan Hökumətinin infrastruktur layihələrin icrasında beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddətdə bank tərəfindən müxtəlif layihələrə 380 mln avro maliyyə yardımı edilmişdir. 2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin 44 faiz artdığını xatırladan baş nazirin müavini bu göstəricinin ikitərəfli əməkdaşlığın dinamik inkişafından xəbər verdiyini vurğulayıb. Almaniya İnkişaf Bankının Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller bankın Azərbaycan Hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirərəkqeyd edib ki, indiyədək bank infrastruktur və özəl sektorun dəstəklənməsi layihələrində yaxından iştirak edib və bundan sonra da bu missiyanı davam etdirəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA