Yaxın günlərdə əfv fərmanı veriləcək

img

20-12-2012 [01:28]


Dekabrın ortalarından başlayaraq Prezident yanında Əfv Komissisiyasının bir neçə iclası keçirilib. Bu barədə ?Qafqazinfo?ya komissiya üzvlərindən biri məlumat verib. Onun sözlərinə görə, növbəti əfv siyahısının hazırlanması ilə bağlı işlər görülür və bu günlərdə komissiya öz işini yükunlaşdıraraq dövlət başçısına tədim edəcək. Prezidentin isə öz növbəsində əfv fərmanı imzalayacağı gözlənilir. Komissiya üzvü budəfəki əfv fərmanında da, cəmiyyət üçün maraqlı şəxslərin adlarının olacağını istisna etməyib. Bəzi məlumatlara görə, əfv olunanlar arasında Nigar Yaqublunun da adının salınacağı ehtimal edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA