Hava zəraiti qeyri-sabit keçəcək

img

19-12-2012 [04:52]


Yaxın 2 gündə Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur dekabrın 21-də günün ikinci yarısından başlayaraq tədricən 3-5 dərəcə aşağı enəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında dekabrın 20-də gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 20-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA