Səbail rayonunda abadlıq-quruculuq izləri davam edir

img

19-12-2012 [11:27]


Səbail rayonunda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri Badamdar qəsəbəsinin görkəmini günü-gündən dəyişir. Son 3 il ərzində görülmüş işlərlə yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ?Abad həyət? layihəsi çərçivəsində qəsəbəbə 15 həyət əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Noyabr ayında qəsəbədə istifadəyə verilmiş növbəti ?Abad həyət? Neftçilər döngəsi 7 ünvandakı həyət olub. Həyətin təmiri ilə yanaşı rayon İcra Hakimiyyəti tərəfindən Neftçilər dongəsi 7 ünvanda yerləşən və bir birinə paralel olan 2 binanın da əsaslı təmiri aparılaraq başa çatdırılmışdır. Neftçilərin yaşadığı 50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış binaların fasadı əsaslı təmir olunaraq hər birinə 2000 kv. metrdən çox aqlay üzlük çəkilmiş, həyət tərəfdə binanın bloklarda yeni plastik pəncərələr və girişlərdə isə yeni dəmir qapılar quraşdırılmışdır. Hər iki binanın giriş hissəsi və pilləkənlər təmir olunmuş, bura daş düzülmüş, yeni tutacaqlar qurulmuşdur. Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilmiş, əlavə artırmalar sökülmüş, eyvanlar lambirlə üzlənmiş, taxtadan dekorativ bəzək vurulmuşdur. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunmuşdur. Həyətdə səkilərə aqlay vurulmuş, yeni bordyur daşları düzülmüşdür. Burada təmizlik işləri aparılmış, işıqlandırma məsələləri həll olunmuş, həyətə və ətraf əraziyə 3750 kv metr yeni asfatl örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 1 ədəd geniş söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı skamyalar qoyulmuşdur. Söhbətgaha uzanan yola tamet daş döşənmişdir. Həyətin uşaqları da yaddan çıxarılmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmışır. Küçə tərəfdəki ağaclar budanmış, yeniləri əkilmiş, küçəyə yeni asfalt qatı salınmışdır. Binanın sakinləri görülən işlərin keyfiyyətindən razı qalmış, onlar üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA