Quz qripi ilə bağlı monitorinqlar bazladı

img

19-12-2012 [11:15]


Azərbaycan ərazisində quş qripi ilə bağlı növbəti monitorinq başlayıb. Monitorinq DBX-nin (Dövlət Baytarlıq Xidməti), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də ?Ovçular və balıqçılar? Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Nəzarət tədbirləri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək. Monitorinqin nəticələri dekabrın 28-də ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA