2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir

img

17-12-2012 [12:49]


Dekabrın 18-dən ölkə ərazisində hava şəraitinin nülayimləşəcəyi, yaxın 2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında dekabrın 18-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, günün I yarısında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq. Dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim çənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Dekabrın 18-i gündüz saatlarından başlayaraq, Azərbaycanın qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, şərq rayonlarında arabir az yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA