Prezident Horadizdə Heydər Əliyev Mərkəzinin açılızında iztirak edib

img

15-12-2012 [03:18]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadizdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, mərkəzin 1600 kvadratmetr sahəsi olan binasının inşasında milli memarlıq elementlərindən geniş istifadə edilib. Binanın təməli 2011-ci ilin iyununda qoyulub, inşaat işləri cari ilin oktyabrında başa çatdırılıb. Mərkəzdə ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Burada ulu öndərin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılması üçün elektron kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə də var. Prezident İlham Əliyev mərkəzin konfrans zallarına baxıb. Bildirilib ki, xüsusi dizaynla yaradılan 80 və 300 nəfərlik konfrans zalları rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdəki xidməti otaqlar kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunub. Mərkəzdə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də fəaliyyət göstərəcək. Qədim Azərbaycan dövlətləri haqqında məlumatlar və onların rəmzlərinin lazer görüntülərinin nümayiş olunduğu mərkəzdə müasir formatlı kinozal, sərgi salonu, foto, dizayn və səs studiyaları da var. Buradakı kurslarda gənclər müasir texnoloji yeniliklərlə yaxından tanış olacaq, bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulub. Mərkəzdəki monitor zallarında ulu öndər Heydər Əliyevin siyasi irsindən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən məşğələlər təşkil ediləcək. Binada müasir havalandırma sistemi quraşdırılıb. Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA