Gülər Əhmədova YAP-dan çıxarıldı

img

15-12-2012 [02:27]


Keçmiş deputat Gülər Əhmədova təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilib. Bu barədə ?azadliq.info?ya etibarlı mənbədən məlumat daxil olub. Məlumatda deyilir ki, G.Əhmədovanın qeydiyyatda olduğu YAP BDU şöbəsi dünən yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb. Məlumatla bağlı təfərrüatları dəqiqləşdirmməyə çalışacağıq. *** YAP icra katibinin müavini Siyavuş Novruzov "moderator.az" saytına deyib ki, Gülər Əhmədova partiyanın sıravi üzvü olduğundan onun məsələsi mərkəzi aparatda müzakirə olunmur: "Mənim bundan xəbərim yoxdur. Yəqin ki, ilk ərazi təşkilatı bu barədə qərar verib". *** YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA