Zakir Qaralov iki rayona prokuror təyin etdi

img

14-12-2012 [06:22]


Bakının iki rayonuna yeni prokuror təyin olunub. Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Ağsu rayon prokuroru Salman Məmmədli və Bakı şəhərinin Nəsimi rayon prokuroru Aqşin Ziyadov vəzifədən azad edilib. A.Ziyadov Bakı şəhərinin Nizami rayonuna, S.Məmmədli isə Bakı şəhərinin Nəsimi rayonuna prokuror təyin olunub. Qeyd edək ki, Bakı şəhərinin Nizami rayon prokuroru Mahir Muradov bir müddət əvvəl Konstitusiya məhkəməsinə hakim təyin edilib. Hər iki şəxs bu gün yeni iş yerlərində təqdim olunub. ?Qafqazinfo?nun məlumatına görə, Nəsimi rayonunun yeni prokuroru Salman Məmmədli Ali Məhkəmənin sədri Ramiz Rzayevin xalası oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA