Bakıda Pirallahı adlı yeni rayon yaradılır

img

14-12-2012 [04:17]


Bakı şəhərində yeni rayon yaradılır. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Bildirilib ki, yeni rayon Pirallahı adlanacaq. Belə ki, yeni rayon Bakının hazırda Xəzər rayonu ərazisinə daxil olan Pirallahı qəsəbəsi, Çilov və Neft Daşları adalarının bazasında yaradılacaq. Pirallahı rayonunun ümumi əhalisi 18 min, ərazisi isə 1500 hektar olacaq. Bununla da paytaxt rayonlarının sayı 12-yə çatacaq. Yeni rayonda 4 məktəb, poçt və 4 sənaye müəssisəsi var. Yeni rayonun yaradılmasında əsas məqsəd bu ərazidə turizm sektorunun inkişafına nail olmaqdır. Gəncə şəhərinin isə ərazisi genişləndiriləcək. Regional məsələlər komitəsinin iclasında "Gəncə şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi" barədə qanun layihəsi də müzakirə olunub. Qanuna dəyişiklikdə Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının ərazisindən müvafiq ərazinin ayrılaraq Gəncə şəhərinin inzibati ərazisinə əlavə edilməsi qeyd olunur. Komitə sədri Arif Rəhimzadə iclasda bildirib ki, Gəncənin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək. O qeyd edib ki, torpaqların böyük hissəsi dövlət torpaqlarıdır, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Rəhimzadə qeyd edib ki, bu dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm rol oynayacaq. "Bu dəyişiklik şəhərin sərhədlərinin dəqiq müəyyənləşməsinə səbəb olacaq", - komitə sədri deyib. Hər iki lahiyə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA