Məhərrəm Əliyev yeni vəzifəsindən danızdı

img

12-12-2012 [11:22]


Yeni vəzifəyə təyin olunmağımın heç bir siyasi anlamı yoxdur. Bunu Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında deyib. Yeni vəzifəyə təyin olunması barədə mətbuatda yayılan fikirlərə münasibət bildirən M. Əliyev ?sadəcə, əvvəl başqa vəzifədə çalışırdım, indi isə yeni vəzifəyə təyin olunmuşam. Göründüyü kimi, hazırda fəaliyyət göstərirəm?, - deyə bildirib. Şöbə müdiri onu da deyib ki, Azərbaycan Ordusu nəinki regionda, hətta bir çox dövlətlərin ordularından belə irəlidə gedən ordudur: ?Hazırda dövlət tərəfindən orduya daha çox diqqət yetirilir. Ordumuz daha hazırlıqlıdır. Hesab edirəm ki, Azərbaycan ordusu torpaqlarımızı qorumağa, işğal altında olan Azərbaycan ərazilərini azad etməyə qadirdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA