Prezident Heydər Əliyevin məzarını ziyarət edib

img

12-12-2012 [10:47]


Bu gün mərhum prezident Heydər Əliyevin vəfatından 9 il ötür. Bir qədər əvvəl Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda mərhum ölkə başçısı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Ölkə rəhbəri ilə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Qeyd edək ki, Heydər Əliyevin vəfatından 9 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA