Avropanın innovativ təlim texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində

img

11-12-2012 [04:31]


?Demokratik İnkişaf Platforması? ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Avropanın innovativ təlim texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi perspektivləri və yeni fənn kurikulumlarının hazırlanması haqqında regional ictimai müzakirələrin və teledebatların təşkili? layihəsi çərçivəsində 08.12.2012-ci il tarixdə Tovuz RTŞ əməkdaşlarının və qabaqcıl təhsil işçilərinin iştirakı ilə növbəti ictimai müzakirə keçirdi. ?Türkel TV?-nin əməkdaşları tədbiri lentə aldı, layihə barədə müsahibələr götürdü və həmin gün saat 20.30-da efirə gedən ?Xəbərlər? proqramında yayımladı. Tədbirin məqsədi ümumtəhsil məktəblərində təbiət fənləri üzrə təlimin keyfiyyətinə müsbət təsir göstərə biləcək innovativ Avropa metodologiyalarının Azərbaycanın ümumtəhsil sisteminə gətirilməsindən, təlimverənlərin interaktiv təlim texnologiyası sahəsində bu metodologiya ilə əlaqəli bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən və təlimin keyfiyyətinin artırılmasına yardım göstərməkdən ibarət idi. Müzakirənin mövzusu ?ölkəmizdə təbiət fənləri üzrə müasir normalara cavab verən, tam təchiz olunmuş laboratoriyası olan ümumtəhsil məktəblərinin sayının çox olmaması, bu səbəbdən də fizika, kimya və biologiya fənlərinə aid məşğələlərdə nəzəri biliklərin təcrübədə sınaqdan keçirilmə imkanlarının məhdudluğu, təlimdə interaktiv təlim texnologiyasının tətbiqinin keyfiyyətli təşkili sahəsində çətinliklərin mövcudluğu və bu problemin həlli yolları? idi. Tədbirdə kimya, fizika və biologiyadan elmi-təcrübi məşğələlərin həyata keçirilməsi sahəsindəki çətinlik və məhdudiyyətlər müzakirə edildikdən sonra təklif edilən innovasiya ? Avropa ölkələri, Rusiya və Gürcüstanda təbiət fənlərinə aid elmi-təcrübi məşğələlər sahəsində geniş tətbiq edilən Avropa texnologiyası barədə geniş məlumat verildi, çox sayda təcrübələr iştirakçılara təqdim edildi. Sonra isə təklif edilən yeni texnologiya ətrafında geniş müzakirə başlandı. Tədbir iştirakçılarından N.Qaraçayeva, P.Hacıyeva, Z. Süleymanova, Q.Paşayeva, S.Aslanova, M.Quliyeva, D.Abbasov, V.Bayramov, İ.Abdullayev, N.Həsənov,V.Əkbərova, Y.Həsənov, M.İsmalılova, G.Cəfərli, İ.Məmmədova və başqaları bu texnologiyadan istifadə etməklə laboratoriya şəraiti olmayan ən kasıb məktəbdə də elmi təcrübə işlərini yüksək səviyyədə və keyfiyyətlə həyata keçirməyin mümkünlüyü barədə fikir söylədilər. Qeyd edildi ki, ?Kopernik? Elmi Mərkəzində işlənib hazırlanmış elmi təcrübələr spesifik xüsusiyyətlərə malikdir: təhlükəsizdir, xüsusi laboratoriya avadanlıqlarından istifadəyə ehtiyac yoxdur, daha çox məişətdə gündəlik istifadə olunan əşya və məmulatlardan istifadə edilməklə həyata keçirilir, çox az miqdarda vəsait tələb edir, qazanılmış nəzəri bilikləri təcrübədə sınaqdan keçirməyə imkan verir, tam olaraq interaktiv təlim texnalogiyaları prinsipləri əsasında hazırlanmışdır, təlimin keyfiyyətinin yüksəldilməsini təmin edə və ən intizamsız şagirddə də dərsə və elmi tədqiqat işlərinə maraq oyada, onu yaxşı oxuyan şagirdlər sırasına qata bilər. Tədbirdə fizika, kimya, biologiya müəllimləri üçün nəşr edilmiş ?Fizika, kimya və biologiyadan dərslərin daha maraqlı qurulmasını, dərs məşğələlərinə və elmi-tədqiqat işlərinə şagird marağının artırılmasını necə təmin etməli?? adlı metodiki vəsait iştirakçılara paylandı, iştirakçılar www.lesson.org.pl internet səhifəsinin Azərbaycan dilli bölməsi ilə də tanış oldular.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA