Artur Rəsizadə Azərbaycan balıqçılarını azad etdirdi

img

11-12-2012 [04:22]


Bir müddət əvvəl Xəzər sularında Türkmənistan sərhədçiləri tərəfindən saxlanılan 4 Azərbaycanlı balıqçı azad edilib. Bu barədə ?Qafqazinfo?ya eksklüziv məlumat daxil olub. Məlumata görə, Azərbaycanın baş naziri Artur Rəsizadə MDB ölkələrinin Dövlət Rəhbərləri Şurasının iclasında iştirak edərkən bu ölkənin prezidenti Qurbanqulu Berdimuhəmmədovla görüşüb. Həmin görüşdə Türkmənistanda saxlanılan və hər birinə 8 ilə qədər həbs cəzası verilən 4 azərbaycanlı balıqçıların məsələsi müzakirə edilib. A. Rəsizadə prezidentdən onların azadlığa buraxılmasını xahiş edib və Q. Muhəmmədov buna razılıq verib. ?Qafqazinfo? xəbər verir ki, həmin balıqçılar azad edilib. Onlar hazırda Azərbaycana qayıdırlar. Xatırladaq ki, 4 nəfər balıqçı Kamran Nağıyev, İsrafil Nağıyev, Nizami Ağacanov və Kənan Əliyevin olduğu ?Uran? gəmisi 21 oktyabrda Xəzər dənizində Türkmənistan sərhədçiləri tərəfindən saxlınılıb. Azərbaycan tərəfi balıqçıların neytral sularında, Türkmənistan ərazi sularından 35 km aralıda kilkə balığı ovlayarkən saxlanıldığını iddia edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA