"Bu, Azərbaycan hakimiyyətinin tarixinə isə qara hərflərlə yazıldı"

img

10-12-2012 [10:11]


Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər dekabrın 10-da Bakıda keçirilən etiraz aksiyasına münasibət bildirib. O deyib ki, bugünkü aksiya beynəlxalq insan haqları günü münasibətilə keçirilirdi: "Biz etiraz aksiyası keçirməklə həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətini problemlərə cəlb etməyə çalışdıq. Çünki Azərbaycanda insan haqları kütləvi şəkildə pozulur. Təəssüflər olsun ki, bu gün də bunun şahidi olduq. Öncə hakimiyyət konstitusiyanı və qanunu pozaraq bizim piket müraciətimizə mənfi cavab verdi. Daha sonra isə həddən artıq böyük polis qüvvəsini, mülki geyimliləri bir araya gətirərək dinc etiraz aksiyasının qarşısını almağa cəhd etdilər. Yüzlərlə insan polis zorakılığı ilə üzləşdi. Yüzdən artıq insan həbs olundu. Qadınlara, yaşlılara, gənclərə qarşı çox böyük kobudluq oldu. Bütün bunlara baxmayaraq yüzlərlə insan çox fədakarlıqla bu gün dinc etiraz aksiyası keçirməyə çalışdı və bununla da Azərbaycan xalqının azadlığa layiq, azadlığa hazır xalq olduğunu bir daha nümayiş etdirdi və sübuta yetirdi. Aksiya beynəlxalq medianın da diqqətini cəlb edib, bununla bağlı informasiyalar yayılıb. Hesab edirəm ki, İctimai Palatanın 10 dekabr aksiyası Azərbaycan xalqının demokratiya uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan hakimiyyətinin tarixinə isə qara hərflərlə yazıldı?. mediaforum

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA