DiN-in məlumatları sənədlərlə təkzib olundu; Keçmiz metodist qalmaqallı video yayacaq

img

08-12-2012 [10:45]


[/center] Keçmiş metodist DİN tərəfindən özünün təhqir olunmasını da bir rəsmi quruma yaraşdırmadığını söyləyib: ?Daxili İşlər Nazirliyi kimi mötəbər bir qurumun belə ucuz və insan haqlarını kobud şəkildə aşağılayan açıqlama verəcəyini əsla düşünməzdim. Çox təəssüf hissi ilə qeyd edirəm ki, 20 il pedaqoji staja malik, məktəb direktoru, RTŞ-də metodist, məsləhətçi vəzifələrində çalışmış bir şəxsi qanunlarımızın keşiyində dayanmış DİN nümayəndəsi bazar adamına, xəstə təxəyyülü olan şəxs kimi təqdim edib. Mənim barəmdə açılmış cinayət işində şahid qismində dindirilmiş şəxslərin Ağcabədi rayon Məhkəməsinə yazdıqları və Dövlət Notariat Kontorunda təsdiq olunmuş ərizələrin surətlərini də təqdim edirəm. Hansı ki bu sənədlər və digər faktlar barəmdə açılmış cinayət işinin hansı saxta əsaslarla aparıldığından tutmuş, yerli rəhbərliyin şəxsimə qarşı hansı münasibətdə olduğunu açıqca göstərir. Heç bir əsas olmadan, qondarma cinayət işinə və yerli rəhbərliyin tamamilə saxta məlumatlarına söykənərək, 20 ildən çox təhsil sahəsində işləmiş bir adamın şərəf və ləyaqətini alçaltmaq hörmətli generalımız Ramil Usubovun əməkdaşlarına heç yaraşdırmadım. Əminəm ki, cənab nazir həm bu, həm də Təhsil Şöbəsinin keçmiş mühasibi Mötəbər Səmədovun RİH-nin binası qarşısında intihara cəhd etməsinin səbəblərinə də aydınlıq gətirəcək. O zaman bilinəcək ki, rayonumuzun polis rəisi Məhəmməd Kərimov Mötəbər Səmədovu icra başçısının kabinetində döyərək necə təhqir edib?. Yaxın günlərdə əlimdə olan bütün sübut və dəlilləri Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə təqdim etməyə hazırlaşdığını deyən M.Baxışov bildirir ki, əlində olan təkzibolunmaz faktların bir hissəsini mətbuat orqanlarını ilə bölüşəcək: ?Mənim kimlər tərəfindən sifarişlə həbs olunduğumu və məndən şikayətçi olan ?Aqro İnvest? Kredit İttifaqının müdiri Vidadi Mehtiyevin səmimi etiraflarını əks etdirən audio və video görüntüləri, şahid qismində dindirilmiş vətəndaşların Dövlət Notariat Kontorunda təsdiq olunmuş ərizələrini və son olaraq Ağcabədi rayon Məhkəməsinin sədri Xanlar Fərhadovun Azərbaycan Dövləti adından barəmdə çıxartmış hökmdən Konsitusiyada nəzərdə tutulmuş appellyasiya şikayəti vermək hüququmu almasını göstərən sənədi də mətbuat orqanlarına təqdim edəcəyəm. Yəqin ki, dövlət orqanlarına haqlı olub-olmadığımı sübut edə bilməsəm də, kimin haqlı, kimin haqsız olduğunu xalq biləcək?. [center][lib]muq-2.jpg[/lib][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA