07-12-2012 [07:29]
"Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzili ?Yeni Müsavat?dan olan həmkarı Rauf Arifoğluna məktub yazıb. O bildirir ki, ?Yeni Müsavat?ın 5 dekabr tarixli sayında keçmiş ABU-nun rektoru Elşad Abdullayevin prezidentə müraciəti dərc olunub: ?O, vaxtilə müxtəlif KİV-də dərc olunmuş absurd, heç bir hüquqi əsası və məntiqi əsaslandırılması olmayan ittihamları tarixini dəyişərək mənim ünvanıma yönəldib. Özümə qarşı olan bu əsassız, şantaj dolu ifadə və ittihamlarla bağlı mövqeyimi sizə göndərir və qəzetin və saytın növbəti sayında dərc olunmasını xahiş edirəm?.
A.Mərzilinin həmin yazısını cüzi ixtisarlarla dərc edirik. O yazır:
?Azərbaycanı bir müddətdir ki, Fransadan üzü bəri videoları ilə şantaj edərək ayrı-ayrı adamlardan pul tələb edən E.Abdullayev 2008-ci ildə uydurduğu şikayətlərinin tarixini və məzmununu dəyişərək hər dəfə bir sayta göndərir. Təəssüf ki, saytlar da araşdırma aparmadan bu şər və ittihamları yayımlayır. E.Abdullayev bu dəfə müraciətini prezidentə ünvanlı kimi təqdim edib. Ölkə prezidentinə qarşı ?prezident özündə siyasi iradə tapmalıdır? kimi aşağılayıcı ifadə işlədən E.Abdullayev yenidən Fransadan hakimiyyəti və ölkənin tanınmış insanlarını şantaj edən bəyanatlar verməklə məşğuldur. Bu reket rektor şantajçı məktubunda təkrarən 2008-ci ildə ?Təzadlar? qəzeti barədə Yasamal Rayon Məhkəməsinə göndərdiyi şikayət ərizəsindəki sərsəm və məntiqsiz iddialarını təkrarlayıb. Yenə də məni adam oğurluğunda və hansısa mütəşəkkil dəstəyə dəstək verməkdə ittiham edir. E.Abdullayev bu iddiaları 2008-ci ildə qəzetlərin birində, özü də qayınatası Hüseyn Əhmədovun, ABU professoru Əyyub Əzizovun və qeyrilərinin xəbəri olmadan onların imzası ilə çap etdirmişdi. Mən onda bu insanlardan belə ittihamlarına görə Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verdim və onlar şikayət icraata götürüləndə (hakim X.Tağıyev) yalvardılar ki, barışıq olsun. Hakimin yanında, sonra bizim əməkdaşlara və mənə dedilər ki, bu yazıdan xəbərləri yoxdur, E.Abdullayev təşkil edib və s.
Ardınca E.Abdullayev mənimlə görüşmək istədi. Bu şantajçı rektorun gizli səs və video çəkməsini eşitdiyimdən əvvəlcə imtina etdim. Çox yalvarışından sonra onun bir nümayəndəsi və bizim əməkdaşlardan biri ilə Nərimanov heykəlinin yanındakı ofisində görüşdük. Xahiş etdi ki, ?qaynanam sizin yerlidir, qayınlarım səndən inciyib, Hüseyn müəllimə qarşı şikayətini geri götür, bir işdir olub?. Bu yalvarışını nəzərə aldım. Amma sonralar özüm onun şikayəti əsasında həbs olundum. İki gün sonra ölkə prezidentinin sərt reaksiyası və beynəlxalq təşkilatların, media qurumları rəhbərlərinin, müxalifət partiyalarının bəyanatları müstəvisində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad olundum. Amma o, bu günə kimi prezidentin bu addımı ilə barışa bilmir. Əslində o, məlum qarayaxmaları ilə hakimiyyətin bizə qarşı addımının acığını çıxır. O hələ də barışmır ki, niyə istədiyi olmadı. Bu adam indi də bu iddia ilə vaxtilə özünün təhrik edib qardaşını axtarmaq istədiyi insanları şantaj edir, onların etibarından sui-istifadə edərək gizli çəkdiyi videoları yaymaqla onları bədbəxt edir. Belə adama normal baxmaq, insan demək olarmı?
Qardaşı MTN-in əməkdaşı idi, özü də deyir ki, hələ guya Mahir Abdullayev MTN rəhbərinin xüsusi köməkçisi imiş. Lap yaxşı. Bəs niyə qardaşının yerini MTN-də yox, ?Təzadlar? qəzetində axtarır soruşur? Vaxtilə məni ?Mahir Abdullayev niyə axtarılmır?? adlı müəllif yazısına görə həbs etdirmək istəyən bu şantajçı indi iqtidarı, hüquq-mühafizə orqanları rəhbərlərini, ölkəmizi Fransada biabır edir. Halbuki o, indiyədək bu hakimiyyətin çörəyini yeyib, imtiyazlarından, etibar etdiyi vəzifə və titulundan pullar qazanıb. Bu, nankorluq deyilmi? İndi özü Fransadan bəyanatlar yayır ki, qardaşım Mahir niyə tapılmır. Bəs biz bu tələblə yazanda niyə məhkəmə davası açırdı?
PA rəhbəri Ramiz Mehdiyev son bəyanatında bildirdi ki, belə şantajlar həmişə olub, yenə də var, amma müəllifləri layiqli cavabını alıb, yenə də alacaqdır... Mən fürsətdən istifadə edib təkrarən E.Abdullayevin ailə üzvləri və qohumlarından, Kürdəmir camaatından xahiş edirəm, Fransada tanınmış xəstəxanaların birində onun başını yaxşıca müalicə etdirsinlər. Onun indi ciddi müalicəyə ehtiyacı var...
Bu reket rektor ABU-lu günlərinin kefini unuda bilmir. Pul sel kimi gəlirdi, kimi istəyirdi kabinetinə çağırıb gizli videosunu çəkir, saxta yolla deputat olmaq istəyirdi, saxta yolla doktorluq işi, saxta diplomlar... Hansını deyək?! O təcili Azərbaycana qayıtmalı, ittihamlarına dair ifadə verməlidir. Deyir ki, filankəs məndən pul aldı, qardaşımın yerini bilirdi və demirdi. Bu yalançı bunlara cavab verməli, sübut etməlidir. Ağzına gələni sərsəm məntiqlə söyləmək asandır, onlara cavab verilməlidir. O, valideynlərə, hüquq-mühafizə orqanlarına on minlərlə saxta diplomun cavabını verməlidir. Onun başı çönüb. Onun psixi durumu barədə rəy verilməlidir. Bu, onun özünə də lazımdır. Həm bəzi cinayətlərinə veriləcək cəzaları yüngülləşər (CM-də psixi xəstələrə güzəştlər var), həm də hamı bilər ki, artıq bu adamın şantajlarına fikir verməmək lazımdır. Bir adam ki, falçılarla oturub-durub, qardaşını işlədiyi MTN-də yox, falçı qapılarında axtarıb, onun ağlına şübhələnməməyə yer qalırmı? Özünü hüquqşünas adlandıran bu adam qardaşını işçisi olduğu MTN-i, DİN-i, Baş Prokurorluğu qoyub falçılarda axtarırmış!
E.Abdullayevin artıq sözü qurtarıb, indi də mənə ?reket jurnalist? deyir. Soruşuram: E.Abdullayev, sən indiyə kimi ünsiyyətdə olduğun, kabinetinə gələn hər kəsin xaincəsinə səsini yazır, videosunu çəkirmişsən. Onlar indi səndədir. Orada Asif Mərzili, ya da bu qəzetin işçilərindən kiminsə səsi, görüntüsü varmı? Yoxdursa, onda bizə və mənə reket söylədiyin üçün sən dünyanın ən ləyaqətsizi və şərəfini itirmişin birisən!
İkincisi, məlum sərsəm müraciətlərində mənim gah ABŞ vətəndaşı Rza Bourla, sonra Hacı Məmmədovla, indi də Arzu Kazımovla guya qardaşın Mahirin tapılması üçün yanına gəldiyimizi söyləyir, onlarla əlaqələrimdən yazırsan. Mənimlə bağlı belə bir görüntü, səs varmı? Varsa, niyə yaymırsan?
Sən guya elmlər doktoru elmi dərəcəni Rusiyada müdafiə edib almısan. Abdullayev, soruşuram: niyə 2011-ci ildə Rusiya Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən ləğv edilmiş bu saxta doktorluq işindən bir kəlmə də danışmırsan? Bu saxtakarlığınla bağlı Rusiya TN-nin departament rəhbəri Reçayevanın ?Təzadlar?a göndərdiyi 17 dekabr, 2011-ci il tarixli rəsmi məktub var. Məktubda sənin doktorluq işinin ləğv edildiyi, bu barədə Azərbaycan AAK-a və Azərbaycan TN-nə rəsmi məktub göndərildiyi yazılır. Sən düz 11 il bu saxta doktorluq diplomu və onun əsasında aldığın professor adı ilə dövlət büdcəsindən pullar mənimsəmisən. Soruşuram: reket, saxtakar və cinayətkar kimdir?
E.Abdullayev, ?Təzadlar? sənin saxta doktorluq işinin referatının üz səhifəsinin fotosunu dərc etmişdi. Orada elmi rəhbər kimi akademik Məsumə Məlikovanın adını göstərmişdin. Bu yazıdan sonra M.Məlikova redaksiyaya zəng edərək bu faktı təkzib edib dedi ki, ?mən belə bir adamın doktorluq işinə elmi rəhbər olmamışam?. Saxtakar və reket kimdir? Video çəkmək üzrə peşəkarsan. 2008-ci ildə məni həbs etdirərkən o vaxt KİV-in yazdığına görə, hakimə 30 min manat vermisən. Bu video nə vaxt yayılacaq sosial şəbəkələrdə?
Hüquqşünaslarla məsləhətləşib Baş Prokurorluğa, Müstəqil İstintaq Komissiyasına, DİN-ə və ölkə prezidentinə E.Abdullayevin bu silsilə qarayaxma və şantajları ilə bağlı müraciət hazırlamışam. Onun məni ağır cinayətdə ittiham etməsi ilə bağlı məhkəməyə də xüsusi ittiham qaydasında sənəd hazırlanır. Bu sənədlər fransız dilinə tərcümə edilərək Fransa hökumətinə və məhkəməsinə də göndəriləcək. Çünki o, bu sərsəm ittihamlarını həm də Fransa məhkəmələrinə də təqdim edib, özünü hərtərəfli zərərçəkən kimi təqdim etməklə istəyinə çata bilər, onları da aldadar. Hansı ki, bu ittihamlarla Azərbaycanı böyükdən kiçiyə, cinayətkar ölkə kimi təqdim edir?.(musavat.com)