ismət Abbasov prezident seçildi

img

07-12-2012 [04:41]


Tennis Federasiyası özünün 2009-2012 ci illərdə həyata keçirdiyi fəaliyyətlərlə bağlı konfrans keçirib. Tədbiri giriş sözü ilə açan federasiya prezidenti İsmət Abbasov son illərdə əldə olunan uğurlardan danışıb. İ.Abbasov konfransda bu illər ərzində yığma komandanın maddi-texniki bazasının yaxşılaşdırılması, ölkədaxili və ölkəxarici çempionatlarda idmançılarımızın yüksək səviyyədə çıxış etməsindən danışıb. Tennisçilərimizin rahat məşq etməsi üçün bütn şəraitin olduğunu vurğulayan prezident daha sonra dövlətimizin idmana göstərdiyi qayğı nəticəsində azərbaycanlı tennisçilərin gələcəkdə də beynəlxalq turnirlərdə daha da yaxşı çıxış edəcəyini deyib. Konfransın sonunda isə İsmət Abbasov yeni müddətə 2013-2016-ci illər üçün yekdilliklə federsaiyanın prezidenti seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA