Gürcüstan azərbaycanlılarına müəyyən güzəztlər ediləcək

img

06-12-2012 [09:54]


Dövlət Miqrasiya Xidmətinə (DMX) ərizə ilə müraciət edən Azərbaycanda yaşayan Gürcüstan azərbaycanlılarının müraciəti araşdırılacaq və 3 ayadək onlara məhdudiyyətlər, cərimələr tətbiq olunmayacaq. Bunu Gürcüstan Parlamentinin iqtidarda olan "Gürcü arzusu" blokundan deputat seçilən Mahir Dərziyev Bakıda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, xidmətin rəisi Firudin Nəbiyev gürcüstanlılarla görüşdə söyləyib ki, Gürcüstan azərbaycanlılarına qanunlar çərçivəsində müəyyən güzəştlər ediləcək: "Gürcüstan vətəndaşı olan azərbaycanlılarının ərizələrinə ən qısa müddətdə baxılacaq. İki ildən sonra isə onlara immiqrant statusu veriləcək. Ailə üzvlərindən hər hansı biri Azərbaycan vətəndaşı olduqda isə, o insanlara birbaşa 5 illik immiqrant statusu ilə burada yaşamaq hüququ veriləcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA