06-12-2012 [05:00]
Hazırda Fransada mühacir həyatı yaşayan ABU-nun sabiq rektoru Elşad Abdullayev qəzetimizə daha bir müraciət yollayıb. Sabiq rektor bu məktubunda onun vaxtilə deputat seçilməsini əngəlləyən qüvvələrdən bəhs edib.
E.Abdullayev öncə yazıb ki, hazırda bütün maraqlı tərəflər onun pozulmuş deputatlıq hüququnu öz marağına uyğun izah etməyə cəhd edir. ?Əslində bu, belə baş vermişdir? deyərək, sabiq rektor bu olayın təfərrüatlarını açıqlayıb: ?Qardaşım Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğurlanması ilə əlaqədar mənim pozulmuş konstitusiya hüquqlarımdan biri də 10 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olaraq 8 saylı birinci Binəqədi seçki dairəsindən parlamentə deputat seçildim və Mərkəzi Seçki Komissiyası rəsmi olaraq mətbuat orqanlarında deputat seçilməyimi də elan etmişdi. Lakin Prezident Aparatından Ramiz Mehdiyev tərəfindən mənə təzyiq olundu ki, ?deputatlığınızı könüllü geri götürün. Mənə bildirdilər ki, guya ABŞ-in səfirliyi onlardan tələb edir ki, ( ABŞ səfirliyi bu faktı təsdiq etmədi) Müsavat Partiyasından ya İsa Qəmbər, ya da Arzu Səmədbəyli deputat seçilməlidir. Daha sonra isə belə dedilər: ?Siz ?bizim adamızsınız?, biz İsa Qəmbəri parlamentə buraxa bilmərik, o, Nərimanov rayonundan Adil Əliyev ilə namizəd düşüb. Lakin Arzu Səmədbəyli Sizinlə düşüb. O da bizim adamdır, Elçibəyin yadigarıdır, Siz deputatlığınızdan könüllü imtina etməlisiniz?. Mən isə bu təklifdən imtina etdim. Azərbaycan Respublikasının yerli məhkəmələrindən tutmuş Ali Məhkəmə və Konstitusiya Məhkəməsinə qədər bir hüquqşünas kimi mənə qarşı olan ədalətsizlikdən şikayət etdim. Hazırda Avropa Məhkəməsində mənim pozulmuş hüquqlarımdan biri də konstitusiya ilə müəyyən edilmiş siyasi hüququmdur?.
E.Abdullayev R.Mehdiyevin təklifinə rədd cavabı verəndən sonra baş verənlərə də toxunub: ?Lakin Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın təzyiqi ilə mənim deputatlığım ləğv edildi. Buna etiraz əlaməti olaraq, Azərbaycan respublikasının bütün məhkəmə instansiyalarına müraciət etdim. Məlumdur ki, Azərbaycanda məhkəmə hakimiyyəti müstəqil deyil, qanuna deyil, şəxsin iradəsinə tabe olduğu üçün mənim şikayətim təmin edilmədi. Demək istəyirəm ki, mən deputat seçilmişdim. İkinci dəfə deputatlığa namizədliyimi verəndə mənə qarşı məlum ?Gülərqeyt? əməliyyatı keçirdilər. Bu əməliyyatla da mənim deputat keçməyimə əngəl oldular. Biz başa düşə bilmirdik ki, hakimiyyət radikal müxalifəti müdafiə edir, nə üçün YAP-ın namizədini müdafiə etmir??
[center]?GÜLƏR ƏHMƏDOVA İLƏ SEVİNC BABAYEVA DEDİ Kİ, DEPUTATLIĞIN PUL İŞİNƏ BİZ BAXIRIQ?[/center]
Sabiq rektor daha sonra deputatlıq mücadiləsində atdığı addımları sadalayıb: ?Bundan sonra, ikinci dəfə növbəti dairədən - Binəqədi rayonu 9 saylı seçki dairəsindən boş deputat yeri qalmışdır. Mən yenidən YAP-ın namizədi kimi oradan deputatlığa namizədliyimi verdim. Bu andan da təqdim etdiyim video-görüntülərdən göründüyü kimi mənə qarşı Ramiz Mehdiyevin ?Gülərqeyt? əməliyyatı başladı. Bütün yollar Romaya aparıb çıxarırdı. Məndən tələb edirdilər ki, məhkəmə şikayətini geri götür. Mən isə bildirdim ki, deputat keçərəmsə, məhkəmə şikayətimi geri götürərəm. Bu ərəfədə məni Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev şəxsən qəbul etdi, sual-cavab etdikdən sonra mənə uğurlar arzuladı. Mən Ramiz Mehdiyevin yanından çıxandan sonra, Prezident Aparatının 3-cü girişinin sağ tərəfindən, birinci mərtəbədəki İdarəetmə Akademiyasından mənim tələbəm olmuş, yaxından tanıdığım və səmimi əlaqə saxladığım şəkili Mamedin otağındakı açıq qapıdan keçmiş deputat Gülər Əhmədova və vasitəçisi Sevinc Babayeva məni içəri dəvət etdilər. Məndən soruşdular ki, Ramiz Ənvəroviçlə görüşdünüzmi? Mən çox təəccübləndim - bunlar haradan biliblər ki, mən Ramiz Mehdiyevin yanından çıxıram? Mənə bildirdilər ki, deputatlığın pul işinə biz baxırıq, haqq-hesabı bizimlə çəkməlisən. Əks təqdirdə yenə də qutuda qalacaqsan.
Mən Gülər Əhmədovaya və Sevinc Babayevaya bildirdim ki, 4 ildir oğurlanmış qardaşım Mahirin problemini həll edə bilmirsiniz, deputatlığı necə həll edə bilərsiniz? (bu video-görüntülərə yaxın zamanda baxacaqsınız). Deputatlıq işini həll etmək üçün nə qarantınız var?
[b]?GÜLƏRLƏ DANIŞANDAN 5-10 DƏQİQƏ SONRA ALI QOCAYEV ZƏNG EDİB, ?SİZ BU GÜNDƏN DEPUTATSIZ? DEDİ?[/b]
Onlar mənə bildirdilər ki, Siz ?hə? desəniz bu dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev sizə qarant duracaqdır . Mən ?hə? dedim və otaqdan çöldə gözlədim. 5-10 dəqiqədən sonra mənim Ali Qocayevə məlum olmayan ? 050 211 05 35 mobil telefonuma Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev zəng vurdu və məni təbrik etdi ki, ?siz bu gündən deputatsınız, Ramiz Mehdiyev tapşırıq veribdir, bu gün təcili şəxsi işlərinizi mənə gətirin?.
E.Abdullayevin yazdığına görə, bu mərhələdən sonra da işlər bir müddət qaydasında gedib. Belə ki, sabiq rektor Prezident Aparatından birbaşa Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin qəbuluna gedib, onunla görüşüb: ?Söhbətdə başçının dəvəti ilə yeni təyin olunmuş Binəqədi YAP sədri, deputat, seçki komissiyasının sədri Nəbi müəllim də iştirak edirdi. Mənə qarşı aparılan ?Gülərqeyt? əməliyyatının başlıca məqsədi mənim parlamentə gedən yolumu bağlamaq olubdur. Ramiz Mehdiyev ehtiyat edirdi ki, mən 9 sayli Binəqədi seçki dairəsindən də deputat keçə bilərəm. Buna görə də video-görüntülərdən göründüyü kimi, mənə qarşı ?Gülərqeyt? əməliyyatı qurdu ki, mən deputat keçməyim. Bu dairədən də deputat Rafael Cəbrayılov keçirildi. Çünki Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat bilirdi ki, mən deputat keçsəm, bunları çox asanlıqla ifşa edə bilərəm. Nəyin bahasına olursa-olsun məni parlamentə buraxmaq olmazdı. Hətta 5-10 milyon versəm belə?.
E.Abdullayev məktubunun sonunda G.Əhmədovanın məlum video-qalmaqalından sonra verdiyi açıqlamalara da toxunub. Sabiq rektor deyib ki, G.Əhmədova hər yerdə bu videoların montaj olduğunu iddia edir: ?Halbuki beynəlxalq ekspertlər bunun əksini təsdiq edir. Yaxud da, Gülər Əhmədova utanmadan, çəkinmədən mətbuatda bildirir ki, Elşad müəllim mənə verdiyi pulların vergisini verməyibdir. Bununla da dolayısı ilə videoda göstərilən pulları almasını bir daha təsdiq edir. Bu isə sözün əsl mənasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə dövləti cinayətdir?.
Müraciətin sonuna həmçinin baş prokurorluğun birinci müavini Rustəm Usubovun AR Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova 16.XI.2005 il tarixli cavab məktubu, M.Pənahovun Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə cavab məktubu, Ali Məhkəmə Aparatının rəhbəri Nazim Tağıyevin E.Abdullayevə cavab məktubu, seçki proqramı fotosu, deputatlığa namizədin qeydiyyat vəsiqəsi sənədlərinin surəti də əlavə edilib(musavat.com).