Etibar Pirverdiyevin daha bir mühəndisi qandallandı; Mühəndis dələduzluqda ittiham olunur

img

06-12-2012 [12:14]


"Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin daha bir vəzifəli əməkdaşı həbs olundu. Quruma bağlı olan ?Sumqayıt REŞ? MMC-nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, M.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin cəmiyyətin hesabına mədaxil etmədən 41.0 min manat məbləğində vəsaiti alaraq mənimsəyib. Bununla da o, cəmiyyətə külli miqdarda ziyan vurub. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onu da qeyd edək ki, bir neçə gün oncə Xırdalan şəbəkəsinin mühəndisi də rüşvətlə həbs olunub. mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA