Zakir Qaralov imizlinin də prokurorunu "vurdu"

img

06-12-2012 [11:18]


Dünən Azərbaycanın prokurorluq orqanlarında növbəti kadr dəyişiklikləri edilib. Belə ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhər Prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Yusifov Abdulla Əhməd oğlu İmişli rayon prokuroru təyin olunub. Baş prokurorun digər əmri ilə Bakı şəhər Nəsimi rayon prokuroru Ziyadov Aqşin Vaqif oğlu isə 5 illik fəaliyyət müddəti başa çatdığı üçün təqaüdə göndərilib(AzNews.az). Xatırladaq ki, dünən Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Taryel Ələkbərov, həmin idarənin Preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev və Bakı şəhəri, Nizami rayon prokurorunun müavini Məmmədəli Rəhmətov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Saatlı, Neftçala və Şuşa rayon prokuroru vəzifələrinə də təyin ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA