Soydazlarımız sərhəd problemi ilə bağlı ilham Əliyevə müraciət etdilər

img

05-12-2012 [09:37]


Gürcüstan azərbaycanlılarının Azərbaycanda üzləşdiyi qeydiyyat müddəti probleminə görə prezident İlham Əliyevə ikinci dəfə müraciət ünvanlanıb. Çünki son günlər ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? qanunun tətbiqi sərtləşdirilib və indiyədək müəyyən güzəştlərdən istifadə etmiş Gürcüstan azərbaycanlıları problemlərlə üzləşib. İndi onların Azərbaycan ərazisində əvvəlki kimi üç ay yox, yalnız bir ay müvəqqəti qeydiyyatda qalmasına icazə verilir. ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin ?Media forum? saytına bildirdiyinə görə, dekabrın 4-də İlham Əliyevə ünvanlanan ikinci müraciətdə ?Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında? qanunun Gürcüstan azərbaycanlılarına münasibətdə tətbiqini 2 aylığa dayandırmaq, bu müddətdə izahat işi aparmaq, imkan daxilində güzəştlər paketinə baxmaq xahiş olunub. Zəlimxan Məmmədli deyib ki, Borçalı türklərinin başqa yerə gedib iş axtarması imkanları məhduddur: ?Onların əmək bazarına girişi üçün güzəştli şərtlər lazımdır. Bu bizim milli maraqlara, həm də Azərbaycan iqtidarının rəğbət qazanma dairəsinin genişlənməsinə cavab verən bir təklifdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA