"Bandotdel" polkovniki qandalladı; Nazirliyin hospitaldaki zöbə müdiri həbs edildi

img

05-12-2012 [06:59]


Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının qəbul otağının müdiri Həbib Məmmədov həbs edilib. Məlumata görə, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları dekabrın 4-də günorta saatlarında həmin vaxt qəbul şöbəsində olanların gözü önündə H.Məmmədovun qollarını qandallayaraq aparıblar. İnformasiyanı dəqiqləşdirmək üçün DİN-in mətbuat xidməti ilə əlaqə saxlasaq da telefonlarımıza cavab verən olmadı. Hospitaldan isə sualı ümumiyyətlə cavablandırmaq istəmədilər(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA