Zəlzələ bölgəsində 1620 ev istifadəyə verilib

img

05-12-2012 [11:59]


Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Zaqatala, Balakən və Qax rayonlarında ümumilikdə 3544 fərdi evin tikintisinə başlanıb. İndiyədək yalnız 1620-si vətəndaşların istifadəsinə verilib. Bu məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi nümayəndəsi Kamran Əliyev zəlzələ bölgəsində yeni tikilmiş evlərin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində bildirib. FHN-nin nümayəndəsinin sözlərinə görə, tikilən fərdi evlərin 3 mindən çoxu Zaqatala rayonu ərazisindədir. ?Bu evlərdən 1172-də artıq yaşayış vardır. Qax rayonunda isə tikintisinə başlanılan 324 evdən 220-si artıq sakinlərin istifadəsinə verilmişdir. Qış fəslinin gəlməsi ilə əlaqədar tikintisi başa çatmayan digər evlərdə də inşaat işləri yüksək sürətlə davam etdirilir. Bu evlərin dekabr ayı ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Əsas məqsədimiz şaxtalar düşənədək tikintisi aparılan bütün evlərin əhalinin istifadəsinə verilməsini təmin etməkdir?, - deyə nazirlik rəsmisi məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA