05-12-2012 [11:21]
2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən bir qətl hadisəsi ölkə gündəmini dəyişdi. Belə ki, paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən ?Azər-Ross? mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanması şok effekti yaratdı.
Hadisədə təqsirli bilinən şəxslər - Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov həbs olunub və hazırda Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam etdirilir...
[b]?850 min dolları Hacı Ibrahim üçün Əflatuna verdim?[/b]
Biz Əflatun Piriyevin qardaşı Ərəstun Piriyevlə görüşüb olaya aydınlıq gətirməyə çalışmışdıq. Zərəçəkən tərəfi qardaşının qətlində onun şəriki olmuş Hümbət Məmmədovu təqsirli sayırdı. Ötən gün Hümbət Məmmədov ?Azadlıq?a məktub göndərərək olaya münasibətini açıqlayıb.
Hümbət Məmmədov yazır ki, uzun müddət Rusiyada bizneslə məşğul olub. Biznesi əsasən Volqoqrad şəhərində yerləşib. ?PKFK-Alyans? adlanan şirkət neft və qaz avadanlıqlarının alğı-satqısı ilə məşğul olub: ?Şirkətin tam təsisçisi və prezidenti özüm olmuşam. 2003-cü ildə övladlarımın böyüməsi ilə əlaqədar Bakıya gəldim. Özümlə külli miqdarda pul da gətirmişdim. Eyni zamanda Rusiyadakı biznesim də işləyirdi. Bir neçə gün Bakıda qalandan sonra keçmiş dostum olan mərhum Əflatun Piriyevi tapdım. Ona dedim ki, biryolluq Bakıya gəlmişəm. Çox böyük imkanlarımın olduğunu söylədim və bildirdim ki, burada hər hansı bizneslə məşğul olmaq istəyirəm. Həmin vaxt Əflatun 7 saylı Dəmir-Beton zavodunda və ?Avesta" konserni deyilən şirkətdə işləyirdi. O mənə dedi ki, indi ən yaxşı biznes tikinti biznesidir. Bu biznesdə çoxlu pul qazanmaq olar. Sonra da əlavə etdi ki, mənə tikintidə nə lazımdırsa, köməklik göstərəcək. Onunla razılaşdım, çünki Əflatunu çoxdan tanıyırdım və onun inşaatçı kimi bacarığına bələd idim. 2004-cü ilin əvvələrində Əflatun məni Hacı Ibrahim adlı şəxslə tanış etdi. O dedi ki, Hacı Ibrahim ?Avesta? konserinin sahibidir. Konsernin çox böyük imkanları var, həm də Hacı Ibrahimin bir qardaşı nazirdir. Bundan başqa bildirdi ki, Hacı Ibrahimin prezidentin yanında böyük hörməti var. Biz onunla şərikli bina tikə bilərik".
Hümbət Məmmədov məktubunda qeyd edir ki, Hacı Ibrahim Ibrahimliylə görüşür: ?Hacı Ibrahim mənə dedi ki, hazırda Rabitə Nazirliyinin balansında olan Oqtay Salamzadə küçəsində (köhnə ?Papanin"də) 68 sot torpaq sahəsi var. Mən pul qoysam, o mənə ?krışalıq? edəcək. Bildirdi ki, biz bir yerdə şərikli iş qura bilərik. Mən razılaşdım. Biz ?Azər Ross IK? MMC-ni təsis etdik. Həmin şirkətin 50 faiz payçısı ?Avesta? konserni, 50 faiz payçısı ?PKFK-Alyans? şirkəti idi. Sonra Hacı Ibrahim mənə dedi ki, torpağın pulunu vermək lazımdır. Mən məbləğini soruşanda o söylədi ki, 850 min dollar edir. Razılaşdım və pulu yaxın vaxtlarda Əflatuna verəcəyimi bildirdim. Elə də etdim və 850 min dolları torpaq üçün verdim. Bundan sonra bir neçə dəfə öz biznesimlə əlaqədar Rusiyaya getdim. Ancaq uzun müddət keçməsinə baxmayaraq torpağın məsələsi həll olunmurdu. Artıq pulumu geri tələb etməyə başladım. Bunu görən Hacı Ibrahim 2005-ci ildə mənə dedi ki, həmin torpağın məsələsi uzanır. Ona görə ofisimin arxasında Teymur Əliyev küçəsində ?Bənna? MTK-nın balansında 18 sot torpaq var. O torpağın yarısını - 9 sotunun pulunu ödəmişəm. Yarı pulu 500 min dollar edir. Mən əlacsız qalıb razılaşdım və torpağı almaq üçün 500 min dolları verdim. Çünki artıq mən bu oyuna girmişdim və geriyə yolum yox idi".
[b]?Əflatuna tikintilərdən xeyli miqdarda əmlak sahəsi vermişdim, ?Lexus"umu da ona bağışlamışdım"[/b]
Hümbət Məmmədovun yazdığına görə, həmin ərazidə binanın tikintisi üçün ?Azər-Ross? MTK-nı təsis edirlər. Əflatun Piriyev həmin şirkətin direktoru olur: ?Biz Hacı Ibrahimlə razılaşdıq ki, Əflatuna maaşdan əlavə tikinti qurtarandan sonra pay kimi yaşayış və qeyri-yaşayış sahələri verək. Həmin vaxt Əflatunun elə bir imkanı yox idi. 2007-ci ildə biz binanı tikintisini başa çatdırdıq. Həmin vaxt Hacı Ibrahim dedi ki, ?Papanin"dəki torpaq sahəsinə əlavə 350 min dollar pul vermək lazımdır. Mən bunu narazılıqla qarşıladım dedim ki, söz bir dəfə olar və nə demisiniz, onu vermişəm. Bundan sonra Hacı Ibrahim dedi ki, pulu özüm verərəm. 2007-ci ildə ?Papanin?dəki torpaq sahəsində 8 bloklu 18 mərtəbli binanın tikintisinə başladıq. Həmin tikintidə də direktor Əflatun Piriyev idi. Bu torpaq sahəsi ?Azər-Ross IK? MMC-nin adına rəsmiləşdiyindən və mənzilləri pay şəklində satmaq üçün koperativ tələb olunduğundan biz ilkin olaraq təxminən 100-150 mənzili Teymur Əliyev küçəsindəki binanı tikən ?Azər-Ross? MTK-nın adıyla satırdıq. Burada belə bir problem yox idi. Çünki hər iki şirkətin sahibləri mən və Hacı Ibrahim idi".
2008-ci ilin avqustunda qərara alınır ki, ?Azər Ross IK? MMC-nin təşkilati hüquqi formasını dəyişib eyni adlı mənzil-tikinti koperativi yaradılsın: ?Bu zaman Əflatun həmin tikinti də 2000 dollara yaxın maaş alırdı. Mən Hacı Ibrahimə təklif etdim ki, Əflatun vicdanla işləyir, tikinti işini çox yaxşı bilir. Gəl ona maaş verməyək, bunun əvəzində hərəmiz payımızdan 10 faiz ona verək. Hacı Ibrahim buna çox kəskin etiraz etdi. Dedi ki, Əflatuna 10 min maaş ver, ancaq onu bizə şərik etmə. Mənim xeyli təkidimdən sonra o buna razılaşdı. Beləliklə, 40 faiz mənim, 40 faiz Hacı Ibrahimin, 20 faiz isə Əflatunun oldu. Bu şərtlə ki, Əflatun yalnız mənzillərin satışından əldə olunacaq gəlirin 20 faizinə şərikdi. Biz bu qayda da ?Azər Ross IK" MTK-nı təsis etdik. Problemlər də bundan sonra başladı. Faktiki olaraq tikintiyə 70 faiz sərmayəni qoymağıma baxmayaraq, digər şəriklər hər vasitə ilə mənim əl-qolumu bağlamağa çalışırdılar. Tikinti gözlənildiyindən üç il gec başladığına görə, öncə verdiyim 850 min dollar tikinti başalayarkən 3 milyon dollardan yuxarı qiymətləndirilirdi. Çünki biz tikintiyə başlayanda torpağın qiyməti artıq 4 milyon 500 min dollar olmuşdu. Razılığa görə, bu məbləğin 70 faizi tikintidən gəlir əldə olunmağa başlayanda hissə-hissə qaytarılmalı idi. Ancaq mən pulumu kassadan götürmək istəyəndə Əflatun deyirdi ki, Hacı Ibrahim buna razı deyil. Istəyirsən evləri sat, pulunu oradan götür. Ümumilikdə həmin tikintidən 3 milyon 100 min dollar götürmüşəm. Bu da heç mənim torpağın alqısına verdiyim məbləğ etmir. Hacı Ibrahim isə tikintidən 4 milyon 500 min dollar pul götürdü. 630 min dollar isə Əflatun Piriyev götürmüşdü. Bizim Əflatunla münasibətlərimiz dostluqdan, qohumluğa - kirvəliyə keçmişdi. Ona görə də mən hər şeyi bağışlayırdım. Söz yox ki, mərhum əmlakları mənim sayəmdə qazanmışdı. Ona tikintilərdən xeyli miqdarda əmlak sahəsi vermişdim. Öz ?Lexus? markalı avtomobilimi də ona bağışlamışdım".
ardı var
"Azadlıq" qəzeti
Sabahkı sayımızda:
* Hümbət Məmmədov məktubunun növbəti hissəsində Rizvan Vahabovun neft pullarını necə mənimsəməsi və hansı əmlakları alması barədə yazdı...
* Məktubda Rizvan Vahabovun vətəndaşların əmlaklarını necə ələ keçirmək istədiyindən qeyd olunub...
* Hümbət Məmmədov Əflatun Piriyevin qətli ilə bağlı ?Azadlıq?a nələri yazdı?
* Vəkil Alov Səfərəliyev Rizvan Vahobovla məhkəmədəki 15 faiz pul söhbətinə necə aydınlıq gətirdi.
* Hümbət Məmmədov Əflatun Piriyevin qətlində maraqlı olan şəxsin adını açıqladı...