Bakıda bağça tərbiyəçisi 4 yazlı uzağa izgəncə verib

img

04-12-2012 [06:16]


5; şəhərinin Yasamal rayon Polis İdarəsinə bağça tərbiyəçisinin əməli ilə bağlı müraciət edilib. İdarədən Lent.az-a verilən məlumata görə, İnşaatçılar prospektində yaşayan Əmirova Fidan Nizami qızı ərizə ilə müraciət edərək bildirib ki, 4 yaşlı oğluna bağçada fiziki təsir göstərilib. Qadın qeyd edib ki, oğlu Nahidi xeyli müddətdir, 11 saylı məktəbəqədər tərbiyə müəssisəsinə-uşaq bağçasına qoyur. Noyabrın 29-da axşamüstü uşağı bağçadan götürüb evə gətirdikdən sonra onun bədənində xəsarətlər görüb. Bundan başqa, uşağın əlinin içində də deşik açılıb. Məlum olub ki, bağçada Təranə adlı tərbiyəçi 4 yaşlı uşağın şıltaqlığı qarşısında aciz qalıb. Tərbiyəçi günorta yatmayan azyaşlıya işgəncə verib. Hazırda polis tərəfindən məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA