Bakı Metropolitenində insident; Sərnizinlər evakuasiya edilib

img

04-12-2012 [01:10]


Bu gün Bakı metropolitenində insident baş verib. Sərnişinlərin APA-ya verdiyi məlumata görə, metronun ?28 May? stansiyasında qatarda olan bütün sərnişinlərdən vaqonları tərk etmək xahiş olunub. Sərnişinlər qatarları tərk etdikdən sonra dərhal metrodan evakuasiya ediliblər. Sərnişinlərə evakuasiyanın səbəbi açıqlanmayıb. Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov metroda yaşanmış problemi təsdiqləyib. O, qeyd edib ki, metronun ?İçərişəhər? stansiyasında hərəkətdə olan qatar idarəetməni itirib: ?Bu səbəbdən sərnişinlər həmin qatardan boşaldılıblar. Xəttə yeni qatar buraxıldıqdan sonra hərəkət bərpa edilib?. E. Muradov hazırda metronun normal rejimdə fəaliyyət göstərdiyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA