Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft idarələrini cərimələdi

img

04-12-2012 [12:55]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi neft sənayesi üzrə fəaliyyət göstərən bir sıra müəssisələrin rəhbərlərinə icrası məcburi olan göstərişlər verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ETSN-in Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi "Abşeronneft", "28 May", H.Z.Tağıyev adına neftqazçıxarma idarələri (NQÇİ), "Qaraçuxur" iriləşdirilmiş neft mədəni, "Bahar Enerji Əməliyyat" və "Absheron Operating Company LTD" şirkətlərində ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıb. Araşdırmalar zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, "Abşeronneft" NQÇİ-yə 1600 manat, "28 May" NQÇİ-yə 6555 manat, H.Z.Tağıyev adına NQÇİ-yə 6270 manat, "Qaraçuxur" iriləşdirilmiş neft mədəninə 22085 manat, "Bahar Enerji Əməliyyat" şirkətinə 9100 manat və "Absheron Operating Company LTD" şirkətinə 3600 manat məbləğində ödəmə tətbiq edilib və ödənilməsi təmin olunub. Çatışmazlıqların aradan qaldırılması məqsədilə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti adları çəkilən müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA