Göyçayda baz verən atızma ilə bağlı rəsmi açıqlama verildi

img

03-12-2012 [06:30]


Baş Prokurorluq Göyçaydakı dəhşətli ailə faciəsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətiondən verilən məlumata görə, bu gün Göyçay rayonunda ağır cinayət hadisəsi baş verib. Rayonun Bəydövül kənd sakinləri - yaxın qohum və qonşular olan Nicat Xudiyevlə Ağababa Xudiyev və sonuncunun oğlu Sədi arasında mübahisə baş verib. Bu zaman Nicat Xudiyev özünə məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq A.Xudiyevi qol nahiyəsindən yaralayıb. Atasının yaralandığını görən Əziz isə A.Babayevə məxsus ov silahından Nicat Xudiyevə atəş açaraq onu qətlə yetirmiş və hadisə yerindən qaçıb. Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlmiş və qətlin baş verdiyi ərazi ətraflı müayinə edilmiş, təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Xəsarət almış Ağababa Babayev rayon xəstəxanasına yerləşdirilib. ?İsti izlər?lə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Nicat Xudiyev polis əməkdaşları tərəfindən tutulmuş, onun cinayətdə istifadə etdiyi və gizlətdiyi 1 ədəd ov silahı, həmçinin mərhuma məxsus digər tüfəng də götürülüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA