Gələn il sərnizin avtobuslarında vahid ödəmə kartı tətbiq olunacaq

img

03-12-2012 [03:24]


Gələn ilin ortalarınadək Bakı şəhərində sərnişin avtobuslarında vahid ödəmə kartı tətbiq olunacaq. ?APA-Economics?in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. M.Pənahov qeyd edib ki, sərnişindaşıma sahəsində vahid ödəmə kartının tətbiqi məsələsi çox vacib və eyni zamanda asan olmayan bir məsələdir. Hazırda bu istiqamətdə texniki işlər aparılır ki, bura müvafiq kartın seçilməsi aiddir, həmçinin bir sıra digər işlər həyata keçirilir. ?Düşünürəm ki, gələn ilin ortalarınadək bu məsələ öz həllini tapacaq?, deyə M. Pənahov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA