Elzad Abdullayevdən daha bir açıqlama gəldi

img

02-12-2012 [07:42]


?Bəzi mətbuat orqanlarında mənimlə əlaqədar dərc olunan ?Elşad Abdullayevə Parisdən veto? başlıqlı məlumatlar həqiqətə uygun deyil. Beləki, mən syasi sıgınacaq almaq məqsədi ilə Fransa Məhkəməsinə mürüaciət etməmişəm, hələ, Bakıda olan zaman qardaşım Mahir Abdullayevi ogurlayan mütəşəkkil cinayətkar təşkilatdan Avropa Məhkəməsinə şikayət etmişəm, hazırda da buna hazırlıq işləri gedir . Yeri gəlmişkən, hec bundan ötrü siyasi sığnacağa da ehtiyac yoxdur?. Fəaliyyəti dayandırılmış ABU rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev dünənki mediada siyasi mühacir statusu almaq üçün müraciət etdiyi Fransa məhkəməsindən rədd cavabı aldığı haqda çıxan xəbərlərlə bağlı azpolitika.info-ya açıqlamasında belə deyib. E.Abdullayev daha sonra əlavə edib: ?Bu gün Azərbaycanda adam ogurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat əllərində olan hakimiyyətdən və puldan maksium istifadə edir ki, bu işə Strasburq Məhkəməsində baxılmasının qarşısını, necə olur-olsun, alsın. Bu cinayətkar tədbirlərdən biri də KİV-lərə mənimlə əlaqədar ?sensasiya? xarakterli həqiqətə uygun olmayan yalan məlumatlar ötürməkdir . Son zamanlar, cinayətkarların marağına uygun olaraq bəzi qəzetçilər Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı gizlətmək məqsədi ilə mətbuatda yalana söykənən sensasiya xarakterli həqiqətə uygun olmayan məlumatlar yazırlar . Həqiqətən də, jurnalist qələminə sadiq olan jurnalistlər Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı obyektiv olaraq ifşa edirlər, hadisələrə qərəzsiz və düzgün yanaşırlar, belə jurnalislərlə fəxr edirəm, fürsətdən istifadə edib onlara təşəkkür edirəm. Amma, bəzi qəzetçilər xalqı və istintaqı ? MİK-nı caşdırmaq məqsədi ilə bizim tərəfimizdən yayılmlş 3 videoya hüquqi qiymət vermək əvəzinə Azərbaycanda adam oğurluğu kimi sosial təhlükəli bir cinayəti hec bir əsası olmayan yanlış istiqamətə yönəltməyə cəhd edirlər, bu işlə hes bir əlaqəsi olmayan gah Nəcməddin Sadıqovun, gah Məhərrəm Əliyevin, gah Ziyafət Əsgərovun, gah Eldar Həsənovun, gah Nizami Cəfərovun və s. 30-dan çox adamın haqqında coxsaylı yalan məlumatlar yayırlar. Hesab edirəm ki, Müstəqil İstintaq Komissiyası ən aşağısı mənimlə bağlı həqiqətə uyğun olmayan yalan məqalələr yazan məqaqalələri sifariş edənlərin istintaqını aparsa cox asanlıqla yenə də bu cinayət işi açılmış olar. Bu yaxınlarda , bir həftə öncə, Avropa Birliyi Komissiyasının rəhbəri Nelle Kroesse Bakıda bəyanat vermişdir ki, Azərbaycanda nə cinayəti icraa edənlər, nədəki, onu sifariş edənlər cinayət məsuliyyətinə cəlb olunmurlar, tam cəzasızlıq şəraiti hökm sürür? Bu bəyanat bir necə gündür ki, bütün dünya KİV-in diqqət mərkəzindədir . Halbuki, bir hüquqşünas kimi demək istəyirəm ki, Müstəqil İstintaq Komissiyası yaranana qədər 12 müstəntiq və mənim ücün qardaşım Mahirin oğurluğu cinayəti açıq işdir, hec bir sübuta ehtiyacı olmayan huquqi aksiomadır, yalnız, bu problemin obyektiv həll olunması ücün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradəsi lazımdır? .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA