Vergilər Nazirliyində sahibkarı vəhzicəsinə döyüblər

img

01-12-2012 [02:49]


Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Ağcabədi rayonundan olan sahibkar bu qurumun müstəntiqləri tərəfindən döyülüb. Bu barədə məlumat MİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olub. Məlumata görə, hələ adı açıqlanmayan sahibkar vergi mübahisi ilə bağlı ötən ayın 16-da Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin istintaq şöbəsinə çağrılıb. Burada qanunsuz olaraq on saata yaxın saxlanılıb. Bu müddətdə ona ərzaq və su verilməyib, yaxınları ilə əlaqə saxlamaq qadağan olunub. Noyabr ayının 19-da təkrarən Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinin istintaq şöbəsinə çağrılan sahibkar hüquqlarını tələb etdikdə müstəntiqlər tərəfindən qəddarcasına döyülüb. Döyülən şəxsin səhətinin pisləşməsi müstəntiqləri qorxuya salıb və təcili tibbi yardım çaörılıb. Lakin nəməlum səbəbdən həmin təcili tibbi yardım hadisə yerinə gəlsə də, zərərçəkənə heç bir yardım göstərməyib. Bir neçə saat əlləri bağlı sağlanılan sahibkar hava qaralandan sonra Vergi Cinayətlərinin İbtidai Araşdılması Departametinin əməkdaşları tərəfindən departamentin binasından çıxarılaraq küçəyə atılıb. Burada onu gözləyən yaxınları yenidən təcili tibbi yardım çağırıblar və sahibkar xəstəxanaya aparalıb. İlkin yoxlamalar zamanı onun sifətində, qarnında və ayağaında xəsarət yerləri qeydə alınıb. Xəstənaya gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı təhqiqata başlayıblar. MİA.AZ-a hüquq-mühafizə orqanlarından daxil olan bu məlumatda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bir sahibkarın döyülməsktı üzrə başladılan cinayət işinin Respublika Prokurorluğunda aparılacağı ilə bağlı bilgi də yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA