Azərbaycanda AIDS xəstələrinin statistikası açıqlanıb

img

01-12-2012 [01:41]


Azərbaycanda ilk dəfə HIV (İnsan İmmunçatışmazlıq Virusu) infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2012-ci ilin dekabrına qədər 3720 nəfərdə HIV infeksiyasının olduğu təsdiqlənib. Bunu Respublika AIDS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Ümumdünya AIDS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Həmin şəxslərin 3593-ü Azərbaycan vətəndaşı, 127 nəfəri əcnəbidir. HIV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 2879-u kişi, 714-ü qadındır. AIDS mərhələsində olanların sayı 1098 nəfərdir. Onlardan 1082-si Azərbaycan vətəndaşıdır. HIV infeksiyasından 518 nəfər vəfat edib. Onlardan 510 nəfəri Azərbaycan vətəndaşı olub. E. Alməmmədova deyib ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 453 yeni HIV-ə yoluxma halı aşkarlanıb. Onlardan 439-u Azərbaycan vətəndaşı, 14 nəfəri əcnəbidir. /apa/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA