Ramil Usubov 3 rəisin yerini dəyizidi

img

30-11-2012 [05:52]


Ötən gün DİN-də yeni təyinatların olacağı haqqında məlumat vermişdik. Məlumata görə, Azərbaycanın Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr imzalayıb. Daxili İşlər Nazirliyindəki (DİN) etibarlı mənbədən AzNews.az-a verilən məlumata görə, nazirin əmri ilə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyev Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik-leytenant Əkbər İsmayılov Xətai rayon Polis İdarəsinin rəisi, Xətai rayon Polis İdarəsinin rəisi Mehman Təhməzov isə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA