DSMF rəsmisi prezidentin sərəncamından danızdı

img

30-11-2012 [04:16]


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev prezident İlham Əliyevin ?Pensiya təminatı sisteminin islahatı Konsepsiyası? layihəsinin hazırlanması haqqında imzaladığı sərəncamla bağlı məsələyə münasibət bildirib. E.Mehdiyev deyib ki, Azərbaycanda həyata keçirilən sürətli islahatların nəticəsi kimi beynəlxalq standartlara cavab verən sığorta-pensiya sistemi uğurla fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda sistemin cari təkmilləşdirilməsi tədbirləri Azərbaycan Prezidentinin təsdiq etdiyi ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı? çərçivəsində davam etdirilir: ?Bütün bunlarla yanaşı sistemin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyən olunması və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılmasının davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə konsepsiya layihəsinin hazırlanması zamanı sığorta-pensiya sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemdəki bir sıra əlavə hüquq və imtiyazların bu prinsiplər əsasında tənzimlənməsi, bir sıra göstəricilərin, o cümlədən sosial sığorta normativlərinin optimallaşdırılması, Dövlət Sosial Müdafiə Fondunun maliyyə bazarının aktiv iştirakçısına çevrilməsi, könüllü sığortalanmanın təşviqi istiqamətlərinin müəyyənləşdirilməsi diqqətə alınacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA