Siyasi partiyaların maliyyəsi artırıldı

img

30-11-2012 [02:25]


Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan xərclər artırıldı. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. "2013-cü il dövlət büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait 2,5 milyon manat olub. Əvvəlki variantda isə iki milyon manatın ayrılması nəzərdə tutulurdu", - Şərifov qeyd edib. Qeyd edək ki, Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA